ABŞ-da Rusiyanın gizli casusu olan azərbaycanlılar tutulub - FOTO
Bizi izləyin

Nida.az

ABŞ-da Rusiyanın gizli casusu olan azərbaycanlılar tutulub - FOTO

ABŞ-ın Nyu-York məhkəməsində Rusiyaya qanunsuz yolla mikroelektronika aparan qruplaşmanın məhkəmə prosesi davam edir.

Modern.az saytı Amerika KİV-nə istinadla xəbər verir ki, Texasda fəaliyyət göstərən “Art Electronics İnc” şirkətinin 3 keçmiş əməkdaşı – Aleksandr Posobilov, Anastasiya Dyatlova və milliyətcə azərbaycanlı Şövkət Abdullayev Rusiya kəşfiyyatının gizli casusları kimi şirkətdən 30 milyon dollar dəyərində mikroçip və digər texnoloji elektron məhsulların Rusiyaya qanunsuz daşınmasında təqsirkar biliniblər.

Amerikalı istintaqçılar həmin avadanlıqların Rusiya kəşfiyyatı və hərbi dairələri üçün nəzərdə tutulduğunu müəyyənləşdiriblər. Aydın olub ki, Posobilov “Art Electronics İnc” şirkətinin satış meneceri Abdullayev məhsulların çatdırılmasına cavabdeh şəxs, Anastasiya Dyatlova isə eletkron şirkətdə adi satıcı olub. Günahları sübut olunacağı halda onları 5 ildən 20 ilə qədər həbs cəzası gözləyir.

2012-ci ilin oktyabrında ABŞ-ın hüquq-mühafizə orqanları Rusiyaya casusluq edən gizli qrupu çökdürdüyünü elan edib. Aleksandr Fişenkonun başçılıq etdiyi cinayətkar dəstəyə Rusiya vətəndaşı olan Şövkət Abdullayevlə yanaşı, Azərbaycan vətəndaşı 35 yaşlı Sevinc Tağıyevə da üzv idi. Hazırda həbsxanada saxlanılan Sevinc Tağıyeva yaxın aylarda Amerika məhkəməsi qarşısına çıxarılacaq.

Bundan əvvəl Nyu-York məhkəməsi Bakıda atası, anası və qardaşı yaşayan Sevinc Tağıyevanın Azərbaycana gedərək istintaqdan yayına biləcəyi üçün onun zaminə buraxılmasına razılıq verməyib.

ABŞ-ın iddialarına görə, ölkənin mikroelektronika sahəsindəki nailiyyətlərini oğurlamaq üçün rusiyalı casuslar yaratdıqları “Art Electronics İnc” şirkətini işıqfor istehsalçısı kimi təqdim edirdilər. Əslində şirkət heç nə istehsal etmirdi və satın aldığı texnologiyaları gizli yollarla Rusiyaya ötürürdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm