Qərb diplomatları Qarabağdan danışdı: müharibə, yoxsa...
Bizi izləyin

Nida.az

Qərb diplomatları Qarabağdan danışdı: müharibə, yoxsa...

Beynəlxalq Mübahisələr Klubunun Rusiyada keçirilən XII iclasında iştirak edən Qərb diplomatları ciddi qarşıdurma mərhələsində keçən Dağlıq Qarabağ münaqişəsi haqda fikirlərini bölüşüblər.


Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Avstriyanın keçmiş federal kansleri Volfqanq Şüssel beynəlxalq ictimaiyyətin münaqişəyə daha çox diqqət ayırmalarının vacibliyini bildirib: “Dialoqu və etibarı bərpa etmək lazımdır. Əks təqdirdə, regionda sabitlik pozula bilər. 40 illik ABŞ və İran münaqişəsi, 50 illik Kuba problemi həll edilibsə, 25 il davam edən bu münaqişəni də həll etmək mümkündür”.


Almaniyanın Rusiyadakı keçmiş səfiri Hans-Fridrix Plets ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını prinsipial olaraq dəstəklədiyini bildirib: “Mən problemlə tanışam, çünki bir neçə dəfə Azərbaycanda olmuşam. Qorxuram ki, yaxın gələcəkdə biz problemin həllini görməyək və bu, münaqişənin donunun açılmasına səbəb ola bilər. Müharibə dəhşətlidir, bu nə onun tərəflərinə, nə də dünyaya xeyir gətirməyəcək”.


Fransanın keçmiş baş naziri Vilpen Domini hesab edir ki, konstruktiv dialoq olmasa, Dağlıq Qarabağ münaqişəsini sakit formada həll etmək mümkün olmayacaq: “Münaqişəni nizama salmaq çətin görünür. Çünki bura həm müxtəlif beynəlxalq oyunçular cəlb edilib, həm də dialoq mühiti zəifdir”.
Onun sözlərinə görə, münaqişə zonasında gərginliyin azalmasına ehtiyac var.


Harvard Universitetinin siyasi elmlər fakültəsinin dekanı Timoti Kolton ABŞ-ın münaqişəyə dair mövqeyini açıqlayıb.


“Vaşinqton istəyir ki, münaqişə sakit formada həll edilsin. Amerikanın mövqeyi indiki halda danışıqların davam etməsidir. 20 il ərzində əhəmiyyətli irəliləyişə nail olunmayıb və bunun üçün də hansısa müəyyən variant tapmaq lazımdır. Hadisələrin mənfi inkişafı təhlükəlidir. Bu, faktiki müharibə deməkdir”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm