• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Avropa İttifaqı ilə Azərbaycan arasında 750 min avroluq layihə

  • Nida.az
  • 28 Oktyabr 2015 11:10
  • 516 Baxış
Avropa İttifaqı ilə Azərbaycan arasında 750 min avroluq layihə

Azərbaycanda əmək pensiyasının yığım hissəsinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı normativ hüquqi sənəd layihələrinə dair konfrans keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard jurnalistlərə açıqlamasında qeyd edib ki, Avropa İttifaqı üçün Azərbaycanla əməkdaşlıq olduqca vacibdir və Aİ Azərbaycan ilə pensiya sahəsində əməkdaşlığı davam etdirəcək:

"Avropa İttifaqının Azərbaycan ilə həcmi 750 min avro olan tvinninq layihəsinin reallaşmasından məmnunam. Bu layihə bilavasitə yığım hissəsinin tətbiqi və özəl pensiya bazarının yaradılmasını ehtiva edir və bizim üçün vacib layihədir. Bunun nəticəsində yaşlanmış əhali gələcəklərini təmin etmiş olacaq. Əhalinin gələcək təminatının formalaşması məhz bu layihədən keçir. Avropa İttifaqı üçün Azərbaycan ilə əməkdaşlıq olduqca vacibdir, eyni zamanda Aİ Azərbaycan ilə pensiya sahəsində əməkdaşlığı davam etdirəcək”.

Gülnar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR