Kəmaləddin Heydərov Monteneqronun baş naziri ilə görüşüb
Bizi izləyin

Nida.az

Kəmaləddin Heydərov Monteneqronun baş naziri ilə görüşüb

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov oktyabrın 28-də Monteneqronun baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Publika.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, nazir Kəmaləddin Heydərov qonağa ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu bildirib.

Baş nazir M. Cukanoviç, öz növbəsində, qeyd edib ki, bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması sahəsində də Azərbaycanla əməkdaşlığın böyük potensialı var.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm