Polis gücləndirilmiş iş rejiminə keçdi
Bizi izləyin

Nida.az

Polis gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar polis oktyabrın 28-dən noyabrın 3-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm