Müsavatın boykotu: pul davası, qaçış və etiraf - TƏHLİL
Bizi izləyin

Nida.az

Müsavatın boykotu: pul davası, qaçış və etiraf - TƏHLİL

“Seçkilər” Media Mərkəzi - Müsavat Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakdan imtina etməklə tarixinə zəifliyinin daha bir etirafını yazdı. Ənənəvi müxalifət olaraq Müsavatın seçkidə ciddi nəticələr əldə edəcəyi onsuz da şübhəli idi. Hətta bunu partiya rəhbərliyinin özü də yaxşı anlayırdı. Lakin əvvəlcə seçki marafonuna qoşulan partiyanın seçkiyə sayılı günlər qalmış geri çəkilməsi diqqət çəkir və bir sıra məqamları ortaya çıxarır.


Zəifliyin etirafı


20 illik müxalifət həyatını yaşayan Müsavat Partiyasının sosial bazası, demək olar ki, yox dərəcəsindədir. Rəhbərlik, onların qohumları və yaxın ətrafından ibarət, təxminən 1000-2000 elektorata malik olan partiya indiyə qədər qatıldığı parlament və prezident seçkilərində uğursuzluğa düçar olub. Səbəb sadədir: Azərbaycan xalqı “ənənəvi müxalifətə” inanmır.
Müsavat VIII Qurultayından sonra ikiyə parçalanaraq, yox olmaq dərəcəsinə gəldi. Başqanlığa namizəd Qubad İbadoğlu Arif Hacılıdan narazı olanları başına toplayaraq hərəkat yaratdı və partiyadan ayrıldı. Bundan sonra partiyada bir sıra gənclər də de-fakto yollarını ayıraraq seçkilərə müstəqil namizəd olaraq qatıldılar. Beləliklə, maksimum 2000 elektorata malik olan Müsavat üç hissəyə bölündü və cəmi 500-600 nəfərlik elektoratla “mübarizə” aparmağa davam etdi. Bunun bariz nümunəsi kimi partiyanın keçirdiyi sonuncu seçki-mitinqini göstərmək olar. Oktyabrın 25-də keçirilən seçki-mitinqdə cəmi 500-ə qədər insan iştirak edirdi. 9 milyondan artıq əhaliyə malik olan ölkəni idarə etməyə iddialı bir partiyanın 500 nəfərlik elektorata malik olması hər şeyi sübut etmirmi?! Zəifliyini anlayan Müsavat mitinqə çıxarmağa adam tapa bilmədiyi üçün seçki-mitinqinin adını İsa Qəmbərin seçicilərlə görüşü qoyaraq, uğursuzluğunu ört-basdır etməyə də cəhd etdi. Lakin hər şey göz önündədir.


Pul davası


Müsavatın “seçki siyasəti”ndə ortaya çıxan suallardan biri belədir: Uğur qazana bilməyəcəyini bilən partiya seçki marafonuna niyə qoşulmuşdu?

Müsavatın müxalifətdə əsas rəqibi olan AXCP əvəlcədən seçkidə iştirak etməkdən imtina etdi. Bu, Müsavatın özünü “əsas müxalifət” kimi göstərməyi üçün yaxşı imkan idi. Eyni zamanda, partiyanın yeni rəhbərliyi bu imkandan istifadə edərək, narazı müsavatçılara “biz güclüyük” mesajını vermək, həmçinin seçicilər qarşısında mövcudluq imitasiyası etmək istəyirdi. Lakin Müsavat dəhlizlərində gəzən söhbətlər əsas məsələnin pul olduğu haqda ehtimalları gücləndirir.


Arif Hacılıya qarşı çıxanlardan olan Səxavət Əlisoy deyir ki, Müsavat rəhbərliyi seçkilərdə iştirak etməklə pul qazanmaq istəyirdilər: “Onların fikrincə, parlamentdə bir mandat əldə etməklə qanuna uyğun olaraq, dövlət büdcəsindən maliyələşəcəklər. Lakin son anda uğursuzluğa düçar olacaqlarını anlayaraq geri çəkildilər”.

Qeyd edək ki, “Siyasi partiyalar haqda” qanuna uyğun olaraq, Milli Məclisdə təmsil olunan siyasi partiyalar dövlət büdcəsindən maliyyələşir. Müsavatçıların özlərinin etiraf etdiyindən belə çıxır ki, partiya seçkiyə heç də xalqa xidmət etmək üçün yox, pul qazanmaq məqsədilə qatılmaq istəyirmiş. Görünür, hər şey oktyabrın 25-də keçirilən seçki-mitinqdə ortaya çıxıb. Mitinqə bir neçə yüz insandan artıq insan çıxara bilməyən Müsavat seçkidə biabırçı şəkildə uduzacağını anlayaraq köhnə taktikaya əl atıb.


Köhnə taktika: qaçış


Bu, ənənəvi müxalifətin, demək olar ki, əksər seçkilərdə əl atdığı yoldur. Qalib gəlməyəcəklərini anlayaraq ya ümumiyyətlə seçkiyə getmirlər, ya da məğlub olduqları seçkilərdə “biz qalib gəldik” kimi gülünc iddialara düşürlər. 20 ildir yenilənməyən Müsavat da köhnə taktikaya əl ataraq qaçış yolunu tutdu və illərdir papkalarında yığıb saxladıqları, hər uğurlsuzluqda ortaya çıxardıqları iddialarını bu dəfə də ortaya atdılar.

Partiyanın açıqladığı seçkidən imtina səbəbləri absurd səslənir. Lakin təkcə ona görə yox ki, bu səbəblər 20 ildir səslənir, həm də ona görə ki, bu dəfəki parlament seçkilərində iştirak edən siyasi partiyaların namizədlərinin və müstəqil namizədlərin dediklərinin tamamilə əksinədir.

Seçki prosesində indiyə qədər heç bir ciddi problem yaşanmayıb, Mərkəzi Seçki Komisiyasına şikayət daxil olmayıb və bütün namizədlər istər qeydiyyat, istərsə təbliğat-təşviqat kampaniyasından tamamilə razıdırlar. Müsavat isə demokratiyanın “çoxluq haqlıdır” prinsipindən imtina edərək, guya seçki prosesində problemlərin olduğunu iddia edir. Əslində əllərindən bundan başqa heç nə gəlmədiyi də ortadadır...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm