MSK sədri Malayziyalı həmkarı ilə görüşüb
Bizi izləyin

Nida.az

MSK sədri Malayziyalı həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının Milli Məclisinə noyabrın 1-də keçiriləcək seçkilərin müşahidəsi məqsədilə ölkəmizə səfər edən Malayziya Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti oktyabrın 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Mərkəzi Seçki Komissiyasından (MSK) Publika.az-a verilən məlumata əsasən, qonaqları salamlayan MSK sədri Məzahir Pənahov görüşdən və rəhbərlik etdiyi qurumun müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri çərçivəsində Malayziya Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlığından məmnunluğunu ifadə edib və bu cür münasibətlərin təcrübə mübadiləsində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Malayziyalı müşahidəçilər səmimi qəbul üçün minnətdarlıqlarını bildirib və Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və noyabrın 1-də keçiriləcək seçkilərə hazırlıq istiqamətində görülmüş işlərlə maraqlanıblar. Sədr Məzahir Pənahov qonaqların suallarını cavablandıraraq Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün reallaşdırılmış genişmiqyaslı layihələr barədə qonaqları ətraflı məlumatlandırıb.

Görüş çərçivəsində iki ölkənin ali seçki qurumları arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran məsələlərlə ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm