“Rusiya əleyhinə platforma genişləndiriləcək”- NATO toplantısından xəbər (Yeniləndi)
Bizi izləyin

Nida.az

“Rusiya əleyhinə platforma genişləndiriləcək”- NATO toplantısından xəbər (Yeniləndi)

Zahid Oruc NATO-ya gedir


“Balkanlarda - keçmiş Yuqoslaviyanın dağılmasından sonra derin siyasi böhran və etnik-milli zəmində hərbi toqquşmalar yaşayan Bosniya Herseqovinada qarşıdakı 3 gün ərzinde NATO Parlament Assambleyasının növbəti tədbiri keçirilir. Gündəlikdə əsasən bu regionun təhlükəsiz gələcəyi ilə bağlı məsələlər müəyyənləşsə də şübhə yoxdur ki, Rusiya əleyhinə platformanı burada da genişləndirmək niyyətləri özünü göstərəcək”.

Bu barədə NATO PA-nın seminarında iştirak etmək üçün hazırda Bosniya Herseqovinada səfərdə olan Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc Publika.Az-a açıqlamasında seminarla bağlı deyib. Onun sözlərinə görə, belə tribunalar heç vaxt bir məqsədi deyil, eyni zamanda beynəlxalq siyasi düzənin əsas probleminə yüklənməklə keçirilir: “Ona görə də gərgin diskussiyaların və siyasi fikir toqquşmalarının olacağına şübhəm yoxdur. Hazırki müzakirə panelinin spikeri Azərbaycan lehinə Bosniyada parlament qərarının keçməsində çox müsbət və tarixi rol oynayan Bozo Ljubiçdir. O əvvəllər qanunverici orqana rəhbərlik edən 3 şəxsdən biri olub”.

Z. Oruc qeyd edib ki, ölkəmizin dəqiq siyasi baxışları və NATO ilə münasibətlərinin perspektivləri bizim əsas diqqətimizdə olacaq.

Asif

12.09

Martın 18-dən 20-dək Bosniya və Herseqovinanın Sarayevo şəhərində NATO Parlament Assambleyasının 85-ci Rouz-Rout Seminarı keçiriləcək.

Milli Məclisdən Publika.Az -a verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatı Zahid Oruc iştirak edəcək.
Seminarda Avropa İttifaqı və NATO-nun genişlənməsi, Bosniya və Herseqovinada, eləcə də Kosovada və Serbiyada cari siyasi vəziyyət, Cənub-Şərqi Avropada təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlıq, sərhəd idarəçiliyi, müdafiə sahəsində idarəçilik və inteqrasiya məsələlərinə baxılacaq.

Tədbirdə NATO və tərəfdaş ölkələrin deputatlarının, Bosniya və Herseqovinanın yüksək səviyyəli rəsmi şəxslərinin, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələrinin iştirakı gözlənilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm