Nida.az
Rusiyanın Birinci kanalının Azərbaycandakı seçkilərlə bağlı reportajı
.jpg?v1660423186)
Rusiyanın Birinci kanalı noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıq prosesindən bəhs edən reportaj hazırlayıb.
Secki-2015.az saytı xəbər verir ki, reportajda Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə bir mandat uğrunda orta hesabla altı namizədin mübarizə aparacağı bildirilir. Hələ ki, namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər.
Reportajda, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafı haqda məlumat verilir. Vurğulanır ki, son illərdə ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılır.
Kanal Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun fikirlərinə də yer verib. M.Pənahov qeyd edir ki, Milli Məclisə beşinci seçkilərdə iştirak üçün iki minə qədər namizəd sənədlərini MSK-ya təqdim edib. Lakin çoxları qalib gəlmək şanslarının az olduğunu anlayaraq, namizədliklərini geri götürüblər. İndi seçki bülletenində 767 namizədin adı var. Beləliklə, hər bir dairəyə 6-dan çox namizəd düşür. Ümumilikdə bunun özü ciddi rəqabətdir. Seçkidə 22 siyasi təşkilat mübarizə aparacaq. Onlardan yeddisi bir koalisiyada birləşir. Lakin ekspertlər indidən proqnozlaşdırırlar ki, seçkinin real favoriti Yeni Azərbaycan Partiyasıdır.
“Biz ən azı əvvəlki parlament seçkilərindəki nəticələri təkrarlamaq istəyirik. Ötən dəfə partiyamız 71 mandat qazandı, bu yerlərin 60 faizindən çoxu deməkdir”, - deyə telekanal Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədovun fikirlərinə də yer verib.
Reportajda qeyd olunur ki, seçkiləri 500-ə qədər beynəlxalq
müşahidəçi izləyəcək. Ənənəvi olaraq parlament seçkiləri həmişə
əhalidə böyük marağa səbəb olur. Mərkəzi Seçki Komissiyası seçkidə
50 faizindən çox seçicinin iştirak edəcəyini proqnozlaşdırır.

-
Qoroskop00:15
Günün ULDUZ FALI: çətinliklər yarana bilər
-
Qarabağ 00:00
Erməni ordusunun qalıqları Xocalıdan çıxarılır - VİDEO
-
Sosial13 Avqust 23:00
Bakıda AĞIR QƏZA: "Cəsur döyüşçü" həyatını itirdi - FOTO
-
Sosial13 Avqust 22:49
"Çort poberi": Biz Bakıdayıq... - Paytaxtdan XÜSUSİ REPORTAJ
-
Dünya13 Avqust 21:49
Pakistanda təbii fəlakət CAN ALIR: ölüm sayı 182-yə yüksəldi
-
ABŞ13 Avqust 20:31
Salman Rüşdini bıçaqlayan şəxs HƏBS EDİLDİ
-
Dünya13 Avqust 19:24
Asiyada GƏRGİNLİK: 13 Çin təyyarəsi Tayvan boğazından keçdi
-
Hadisə13 Avqust 19:00
Üçüncü kurs tələbəsi faciəli şəkildə həyatını itirdi