Nida.az
Rusiya Qadınlar İttifaqının sədri: Mehriban Əliyeva bir çoxları üçün nümunədir

Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, Rusiya Qadınlar İttifaqının sədri Yekaterina Laxova qeyd edir ki, Azərbaycanda hətta parlament seçkiləri ərəfəsində yüksək sabitlik qorunur.
Publika.az-ın məlumatına görə, Y.Laxova “Moskva-Bakı” portalına deyib ki, ölkədə tam sakitlikdir: "Əgər sakitlik olmasaydı, hamı dərhal bu barədə danışardı".
Senator Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyevaya böyük hörmət və ehtiramla yanaşdığını bildirib: “Bilirəm ki, Mehriban xanım xeyriyyəçilik, qadın hərəkatının inkişafı, eyni zamanda ailə və uşaqları ilə çox məşğul olur".
Y.Laxova qeyd edib ki, Mehriban Əliyeva bir çoxları üçün nümunədir.
O xatırladıb ki, oktyabrın ortalarında Peterburqda Bakıdan nümayəndə heyətinin də iştirak etdiyi Avrasiya Qadın Forumu keçirilib: “Azərbaycan nümayəndə heyəti Avrasiya Qadın Forumunda çox fəal işlədi. Respublika Prezidentinin siyasəti çox gözəl təqdim olundu. Fəaliyyəti haqqında, məsələn, sosial məsələlərin necə həll edilməsi barədə çox maraqlı misallar çəkildi. Buna görə də yaxından tanış olmaq arzusu yarandı”.
Senator həmçinin Azərbaycanda qarşıdakı parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının qələbə qazanacağına əmin olduğunu ifadə edib.

-
Qoroskop00:15
Günün ULDUZ FALI: narazılıq münaqişəyə səbəb ola bilər
-
Art16 Avqust 23:10
Azərbaycanın məşhur aktrisası VƏFAT ETDİ - FOTO
-
Sosial16 Avqust 22:24
Azərbaycanda ət bahalaşdı - VİDEO
-
Nida Xəbər 16 Avqust 21:48
Azərbaycan Ordusunun təcili müdaxiləsi zəruridir - Ekspert
-
Dünya16 Avqust 21:12
Quterreş və Ərdoğan Ukraynaya gedir
-
İdman16 Avqust 20:36
İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazandı
-
Sosial16 Avqust 20:24
Ukraynada azərbaycanlı tələbə İTKİN DÜŞDÜ - FOTO
-
Cənubi Qafqaz16 Avqust 20:12
Ermənistanda matəm elan edildi