Fəzail Ağamalı seçicilərə müraciət edib
Bizi izləyin

Nida.az

Fəzail Ağamalı seçicilərə müraciət edib

60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı seçicilərə müraciət edib.

Müraciətdə deyilir:

Dəyərli seçicilər, əziz soydaşlar!

Parlament seçkilərinin kampaniyasının olduqca vacib mərhələsi - canlı görüşlər və təşviqat-təbliğat kampaniyası başa çatmışdır.

Noyabrın 1-də ölkəmizdə dövlətimiz üçün olduqca mühüm əhəmiyyət kəsb edən parlament seçkiləri keçiriləcək. Əminəm ki, ölkəmizdə mövcud olan siyasi sabitlik, əmin-amanlıq, xalq və prezidentin sıx birliyi səsvermənin böyük fəallıqla, demokratik və azad şəkildə keçirilməsini təmin edəcək.

Milli Məclisə seçkilərdə namizəd kimi qatıldığım 60 saylı Salyan-Neftçala seçki dairəsində keçirdiyim görüşlərdə fəal iştirak etdikləri, ölkə prezidenti İlham Əliyevin ünvanına deyilən xoş sözlərə və mənə verilən dəstəyə, bölgənin sosial problemlərinin həllilə bağlı irəli sürülən dəyərli təkliflərə görə bütün seçicilərimə, namizədlər üçün yaradılan bərabər və yüksək səviyyəli imkanlara, Mərkəzi və Dairə seçki komissiyalarına, təhlükəsizliyimizi təmin etdiyi üçün DİN Salyan rayon polis şöbəsinin əməkdaşlarına, elektron və yazılı mətbuatda məni yüksək peşəkarlıqla təbliğ etməkdə imkanlarını əsirgəməyən jurnalist dostlarıma səmimi təşəkkürümü bildirirəm.

Əziz seçicilər!

Sizi bir daha noyabr ayının 1-də seçkilərdə aktiv iştirak etməyə dəvət edirəm. Əminəm ki, fəal şəkildə səsvermədə iştirak edəcək, dövlətimizə, xalqımıza, sədaqətlə xidmət edən vətənpərvər, peşəkar siyasətçiyə səs verəcəksiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm