Nida.az
Leyla Əliyeva Rusiya Azərbaycanlı Gənclər Birliyinin VI Forumunda iştirak edir

Moskvanın Beynəlxalq Ticarət Mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “RAGB: gənclərin layiqli gələcəyi naminə” mövzusunda VI Forumu keçirilir.
Trend-in məlumatına görə, Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva iştirak edir.
Forum çərçivəsində RAGB-nin hesabat-seçki yığıncağı keçiriləcək. RAGB-nin regional bölmələrinin fəallarının, Azərbaycan diasporunun nümayəndələrinin və Rusiya gənclər təşkilatlarının təmsilçilərinin iştirak etdiyi Forumun bölmələrində “Azərbaycan və yeni dövrün çağırışları”, “IDEA – bir dünya, bir gələcək”, “Ədalət səfiri ol”, “Turizmin və diyarşünaslığın inkişafı gənclərin vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsinin vasitəsi kimi”, “Gənclərin karyera inkişafı: sahibkarlıq və uğura aparan yol” mövzularında müzakirələr aparılacaq.
Forum Azərbaycanın və Rusiyanın estrada ulduzlarının iştirakı ilə böyük konsert proqramı ilə başa çatacaq.

-
İdman16:20
İslamiada: Millimiz finalda!
-
Nida Təhlil 15:59
150 min ailəyə maliyə köməyi – Uşaqları məktəbə hazırlamaq üçün
-
Sosial15:48
Laçın, Zabux və Susa qayıdacaq ailələrin sayı dəqiqləşdirilir
-
Hadisə14:08
Xəzərdə batan şəxsin meyiti tapıldı - YENİLƏNDİ
-
Magazin113:40
Rafael İsgəndərovun rəqsi gündəm oldu - VİDEO
-
Ekologiya12:54
Sabah havanın hərarəti 41 dərəcəyə yüksələcək
-
Region12:32
Daha 2 yük gəmisi Ukraynadan İskəndəruna istiqamət aldı
-
Dünya11:31
Ağ Evin diplomatlarımıza qarşı hərəkətinə asimmetrik cavab olacaq – Rusiya XİN