Səfirlik qəzaya uğrayan təyyarədə azərbaycanlıların olub-olmadığını araşdırır
Bizi izləyin

Nida.az

Səfirlik qəzaya uğrayan təyyarədə azərbaycanlıların olub-olmadığını araşdırır

Azərbaycanın Misirdəki səfirliyi bu gün Misirdə qəzaya uğrayan Rusiya sərnişin təyyarəsində Azərbaycan vətəndaşlarının olub-olmadığını araşdırır.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Qeyd edək ki, Şarm-əş-Şeyxdən Sankt-Peterburqa uçan "Airbus-321" sərnişin təyyarəsi bu gün Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Moskva vaxtı ilə saat 06:21-də havaya qalxan təyyarənin daha öncə radarlardan itməsi barədə xəbər daxil olub.

Son məlumatlara görə, təyyarənin qalıqları Misirin Sinay yarımadasında aşkarlanıb.

Təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 224 nəfər olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm