MSK: ATƏT DTİHB-nin parlament seçkilərinə müşahidəçi göndərməmək hüququ yoxdur
Bizi izləyin

Nida.az

MSK: ATƏT DTİHB-nin parlament seçkilərinə müşahidəçi göndərməmək hüququ yoxdur

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda parlament seçkilərinə müşahidəçi göndərməmək hüququ yoxdur.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün MSK-da keçirilən mətbuat konfransında deyib.

M.Pənahov bildirib ki, seçki elə tədbirdir ki, burada tərəflər var və tərəflər bu və ya digər funksiyalar daşıyırlar.

O bildirib ki, müstəqil təşkilatlar seçkiləri müşahidə etməyə dəvət olunan zaman onların gəlməmək hüququ var: “Ancaq ATƏT-i seçki keçirən ölkə dəvət edəndə gəlməmək hüquqları yoxdur. Çünki bu orqan məhz ondan ötrü yaradılıb ki, quruma üzv ölkələr seçkilərə dəvət edəndə nümayəndələri seçkiləri müşahidə etməyə gəlsin. Onların yanaşması ilə bizim yanaşmamızda fərq ola bilər. Bu və ya digər məsələlərə fərqli yanaşa bilərik. Ancaq seçkiləri müşahidə etmək üçün ölkəyə gəlməkdən tamamilə imtina etmək olmaz. Xüsusilə də gəlmək barədə qərar qəbul olunduğu, müşahidəçilərin gəlmə vaxtına qədər hamısı razılaşdırıldığı halda, hansısa səbəbdən hansısa orqanlarda baş verən hadisələrdən sonra birtərəfli qaydada bəyanat verərək öz funksiyasını yerinə yetirməmək başa düşülən deyil”.

M.Pənahov bildirib ki, bu və ya digər maraqları olan, dövlətləri təsir altına salmaq istəyən, dünyanı idarə etmək istəyən qüvvələr var: “Maraqlar genişdir. Bu, həmişə belə olub və belə də olacaq. Bizim borcumuz ruhdan düşməməkdir. Tərəflər başa düşməlidir ki, Azərbaycan sivil ölkədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm