AŞPA müşahidə missiyası ilkin rəyini noyabrın 2-də açıqlayacaq
Bizi izləyin

Nida.az

AŞPA müşahidə missiyası ilkin rəyini noyabrın 2-də açıqlayacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilərinin parlament seçkiləri ilə bağlı ilkin rəyi noyabrın 2-də açıqlanacaq. Bu barədə Secki-2015.az saytına AŞPA müşahidə missiyasını rəhbəri Jordi Çukla məlumat verib. İlkin rəylə bağlı müşahidə missiyasının seçkilərdən bir gün sonra “Holiday İNN” otelində mətbuat konfransı keçirəcəyi nəzərdə tutulur.

Jordi Çukla Bakıya səfərləri çərçivəsində bir sıra vacib görüşlər keçirdiklərini bildirib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri , Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri, eləcə də bitərəf millət vəkilləri , vətəndaş cəmiyyətinin bir sıra təmsilçiləri, bəzi media rəhbərləri və Mərkəzi Seçki Komissiyasının rəsmiləri ilə görüşən xarici müşahidəçilər seçkiqabağı vəziyyəti müzakirə ediblər.

AŞPA müşahidə missiyasını rəhbəri bildirib ki, görüşlərin əsas məqsədi demokratiya, insan hüquqları və qanunun aliliyi ilə bağlı Avropa Şurasının standartlarına uyğun seçki öncəsi vəziyyəti lazımi şəkildə öyrənməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm