Leonid Slutski: “Seçkini izləməməyi okeanın o biri üzündən tapşırıblar”
Bizi izləyin

Nida.az

Leonid Slutski: “Seçkini izləməməyi okeanın o biri üzündən tapşırıblar”

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilən parlament seçkisini müşahidə etməkdən imtinası həmin təşkilatın başqalarının gözündə çöp axtarmaq kimi qiymətləndiririk.

Trend-in məlumatına görə, bunu jurnalistlərə MDB Parlamentlərarası Müşahidəçilər Missiyasının və Rusiya Dumasının Müşahidəçilər missiyasının rəhbəri Leonid Slutski deyib.

Onun sözlərinə görə, beynəlxalq arenada Azərbaycan və Rusiyaya qarşı təzyiqlər artır.

Leonid Slutski bildirib ki, seçkilər yaxşı təşkil olunub və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bunu çox yaxşı bilir: “Lakin okeanın o biri üzündən onlara məsləhət ediblər ki, Azərbaycandakı seçkiləri izləməyə gəlməsinlər, çünki bilirdilər ki, neqativ hal olmayacaq. Onların seçkilərdən iştirakdan imtina etməsi onu göstərir ki, bu struktur artıq əhəmiyyətini itirib və başqalarının əlində oyuncağa çevrilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm