AŞPA-nın müşahidəçiləri seçkilərin gedişini izləyir
Bizi izləyin

Nida.az

AŞPA-nın müşahidəçiləri seçkilərin gedişini izləyir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçi missiyası Azərbaycanda parlament seçkilərində səsvermənin gedişini müşahidə etməyə başlayıb.

"Report"un verdiyi məlumata görə, AŞPA-nın müşahidəçi missiyasının rəhbəri, ispaniyalı deputat Hukla Kosta ilk öncə 22 saylı Nəsimi ikinci dairəsinin 25 saylı məntəqəsində olub.

Seçki məntəqəsi açıldıqlan sonra Hukla Kosta məntəqənin işi ilə tanış olub, məntəqə rəhbərinə bir neçə sual verib və tövsiyələrini edib.

Daha sonra o, məntəqədə olan müşahidəçilərlə söhbət edərək onların iradlarını qeyd edib.

Hukla Kosta sonra 22 saylı Nəsimi ikinci dairəsinin 24 saylı məntəqəsində olub.

AŞPA-nın müşahidəçi missiyasının rəhbəri seçkiləri müşahidə etməkdə davam edir.

Qeyd edək ki, missiyanın tərkibinə 30 müşahidəçi daxildir. Bu gün onlar Bakıda və ölkənin bölgələrində bir sıra seçki məntəqəsində olacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm