Nida.az
Məntəqə sədri: “Ehtiyac olanda evlərə səyyar seçki qutuları göndəriləcək”
“Havanın soyuq və səhər saatları olmasına baxmayaraq, seçicilərimiz aktivdir. Növbəti saatlarda aktivliyin artacağını gözləyirik”.
Publika.az xəbər verir ki, bu barədə 24 saylı Nizami birinci seçki dairəsinin 13 sayı məntəqəsinin sədri Şəlalə Mütəllimova bildirib.
O bildirib ki, məntəqədə qeydiyyatda olan seçicilərin sayı 972 nəfərdir. Məntəqə sədri ehtiyac olanda evlərə də səyyar seçki qutularının göndəriləcəyini deyib.
Şəlalə Mütəllimova məntəqədə 13 müşahidəçinin qeydiyyatdan keçdiyini, onlardan 5-nin xarici ölkə vətəndaşları olduğunu söyləyib.
Ana Vətən Partiyasından olan müşahidəçi Namidə Kazımova seçki prosesdə pozuntuları müşahidə etmədiyini deyib: “Hər seçkilərdə müşahidəçi oluram. Bu il xarici müşahidəçilərin aktivliyini müşahidə edirəm. Səhər saat 8-dən məntəqədəyəm, heç bir pozuntu müşahidə etməmişəm. Proses çox yaxşı təşkil olunub”.
Azərbaycan Milli İstiqlal Partiyasından olan müşahidəçi Sona Mehdiyeva da seçki prosesinin çox şəffaf təşkil edildiyini dilə gətirib. O, əvvəlki illərlə müqayisədə seçicilərin seçki prosesi barədə daha məlumatlı olduğunu vurğulayıb.
Gülxar
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO