Artur Rasizadə səs verib
Bizi izləyin

Nida.az

Artur Rasizadə səs verib

Azərbaycanın baş naziri Artur Rasizadə Milli Məclisə keçirilən seçkidə səs verib.

"Report" xəbər verir ki, hökumət başçısı səhər saatlarında Bakı şəhərinin 16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsinə xanımı ilə gələrək səsvermə hüququndan istifadə edib.

Xatırladaq ki, həmin seçki dairəsindən 10 nəfərin namizədliyi qeydə alınıb. Onlar Fəxrəddin Babayev (bitərəf), Çingiz Bayramov (Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri, bitərəf), Şövqi Bunyatov (bitərəf), Elşən Həsənov (bitərəf), Xıdır İbrahimov (YAP), Kərim Tufan Camal (Azərbaycan Milli Demokrat Partiyasının sədri), Aytən Mustafayeva (bitərəf), Taleh Şahsuvarov (bitərəf), Mütəllim Rəhimov (öz təşəbbüsü), Nisəxanım Rəhimovadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm