Elmira Süleymanova: “Seçkilərdə insident qeydə alınmayıb”
Bizi izləyin

Nida.az

Elmira Süleymanova: “Seçkilərdə insident qeydə alınmayıb”

Əldə etdiyimiz məlumata görə, seçkilərdə hər hansı qanun pozuntusu qeydə alınmayıb.

Bunu Trend-ə 4 saylı cəzaçəkmə müəssisəsində parlament seçkilərini müşahidə edən İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova deyib.

Ombudsman qeyd edib ki, vaxtaşırı olaraq rəhbərlik etdiyi qurumun əməkdaşları mərkəzə seçkilərin gedişi ilə bağlı informasiya verirlər: “Ombudsman Aparatının üzvləri bütün ölkə ərazisində parlament seçkilərini müşahidə edirlər. Bizə daxil olan məlumatlara görə, seçkilərdə hər hansı İnsident qeydə alınmayıb. Hər şey qaydasında gedir”.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı ilə birgə “exit poll” keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm