Sergey Lebedev: “Azərbaycanda seçki ilə bağlı böyük iş görülüb”
Bizi izləyin

Nida.az

Sergey Lebedev: “Azərbaycanda seçki ilə bağlı böyük iş görülüb”

"Seçkilər" Media Mərkəzi - “MDB-nin missiyası parlament seçkiləri ilə bağlı oktyabrın 14-dən Azərbaycanda monitorinqlər keçirir və ümumiyyətlə, müşahidəçilərdə seçkilərə hazırlıqla bağlı müsbət rəy formalaşıb”. Secki-2015.az saytının məlumatına görə, bu fikirləri MDB-nin müşahidəçilər missiyasının rəhbəri, MDB-nin icraçı katibi Sergey Lebedev deyib.

Onun sözlərinə görə, seçkilərə hazırlıqla məşğul olan bütün strukturlar seçkilərə tam hazırdır: “Mən həmkarlarımla da danışmışam, çoxları seçki məntəqələrindədir, vəziyyət normaldır, seçki komissiyalarının üzvləri və iştirakçıları seçiciləri qarşılamağa hazırdırlar”.

S.Lebedev bildirib ki, müşahidələrə əsasən, Azərbaycanda seçki ilə bağlı böyük iş görülüb: "Bu, seçkilərin normal və sakit keçəcəyinə təminat verir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm