Hindistanlı müşahidəçi: “Azərbaycan xalqını bu seçki münasibətilə təbrik edirəm”
Bizi izləyin

Nida.az

Hindistanlı müşahidəçi: “Azərbaycan xalqını bu seçki münasibətilə təbrik edirəm”

Hindistan Mərkəzi Seçki Komissiyasının üzvü Vicay Colli 33 saylı Xətai Birinci Seçki Dairəsinin 5, 9, 10, 20 və 23 saylı məntəqələrində olaraq seçkiləri müşahidə edib.

Vicay Colli Publika.az-a açıqlamasında Azərbaycana ilk dəfə səfər etdiyini deyib: “Hər şeydən öncə, Azərbaycanın Mərkəzi Seçki Komissiyasını təbrik etmək istərdim ki, belə şəffaf və demokratik seçkiləri təşkil edib və bizləri ölkənizə dəvət edib. İnanıram ki, Azərbaycanda keçirilən bu seçkilər günün sonuna qədər öz demokratikliyini və ədalətliliyini davam etdirəcək. Məntəqələrdə olarkən yaradılmış şəraitlə yaxından tanış olmaq üçün bizə geniş imkanlar yaradıldı. Məntəqə sədrləri səsvermə günündə iştirak edəcək seçicilərin sayı haqqında məlumat verdilər. Amma adama elə gəlir ki, seçicilərin sayı söylənilən rəqəmdən daha yüksəkdir. Bu qənaətimə əsas verən başlıca amil seçicilərin yüksək əhval-ruhiyyə və fəallıq şəraitində məntəqələrə gəlməsidir”.

Müşahidəçi onu da qeyd etdi ki, Hindistanda seçicilər elektron variant əsasında səs verirlər: “Azərbaycanda keçirilən seçkilərin demokratikliyi, ədalətliliyi və şəffaflığı fonunda bu inamımı da ifadə etmək istərdim ki, gələcəkdə ölkənizdə də elektron variant tətbiq olunacaq. Düşünürəm ki, seçkilərdə xalqın dəstəyini qazanan namizədlər gələcəkdə Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verəcəklər. Azərbaycan xalqını Hindistan xalqı adından salamlayır və inanırıq ki, bu səfərlərimiz davamlı olacaq”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm