MSK-da Rusiya Dövlət Dumasının komitə sədri ilə görüş keçirilib
Bizi izləyin

Nida.az

MSK-da Rusiya Dövlət Dumasının komitə sədri ilə görüş keçirilib

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının komitə sədri və MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının rəhbəri Leonid Slutski noyabrın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Publika.az-a verilən məlumta görə, Məzahir Pənahov Milli Məclisə seçkilər günündə keçirilən görüşdən məmnunluğunu ifadə edib. Eyni zamanda, vurğulayıb ki, rəhbərlik etdiyi qurum hər zaman beynəlxalq təşkilatlar ilə əməkdaşlığa, qarşılıqlı faydalı münasibətlərə əhəmiyyət verir.

Leonid Slutski Mərkəzi Seçki Komissiyasında olmaqdan məmnunluğunu bildirib. Rusiya Dövlət Dumasının komitə sədri qeyd edib ki, gün ərzində müşahidə etdiyi seçki məntəqələrində heç bir qanun pozuntusu qeydə alınmayıb, seçicilərin sərbəst şəkildə öz iradələrini ifadə etdiyinin şahidi olub. Bugünkü səsvermə prosesi bir daha göstərdi ki, hər dəfə Azərbaycanda keçirilən seçkilərdə böyük irəliləyişlərə nail olunur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm