Leonid Slutski: "ATӘT DTİHB özünü ifşa etdi"
Bizi izləyin

Nida.az

Leonid Slutski: "ATӘT DTİHB özünü ifşa etdi"

"Azərbaycanda keçirilən parlament seçkilərində bütün seçki praktikası prinsiplәrinә әmәl olunub".

Publika.az-ın xəbərinə görə, bu fikirləri MDB Parlamentlərarası müşahidə missiyasının və Rusiya Dövlət Duması müşahidə missiyasının rəhbəri Leonid Slutski deyib.


O bildirib ki, müşahidə zamanı seçki məntəqələrində seçici və müşahidәçilәrlә söhbət aparıblar: "Kim ki neqativlәri görmək istәyirdi, onların bu arzusu fiaskoya uğradı. Bizim Azәrbaycanla әn yeni tariximiz dövründә mükәmmәl seçkilәr keçirildi. ATӘT DTİHB Azәrbaycanda keçirlәn seçkilәri izlәmәkdәn imtina etdi. Mәnim fikrimcә, buna sәbәb odur ki bu tәşkilatın neqativlәri toplaması mümkün olmayacaqdı. Buna görә dә onlar etirazlarını bu şәkildә ifadә etdilәr. Bu, elә özünü ifşa etmәkdir. Biz bütün sәviyyәlәrdә seçki komissiyalarının sәylәrini dәstәklәyirik. Azәrbaycan xalqının azad, demokratik seçki iradәsini alqışlayırıq. Әvvәlki seçkilәrlә müqayisәdә noyabrın 1-də keçirilən parlament seçkilərində daha yüksәk aktivlik müşahidә olundu. Biz inanırıq ki, yeni seçki Azәrbaycanda demokratik sistemli professional Milli Mәclis formalaşdıracaq".

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm