Rektorluqdan imtina edəcək deputatlar kimlərdir? – SİYAHI
Bizi izləyin

Nida.az

Rektorluqdan imtina edəcək deputatlar kimlərdir? – SİYAHI

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanda noyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərlə bağlı 5 547 seçki məntəqəsindən daxil olmuş protokol məlumatları əsasında yekun nəticələri açıqlayıb.

Publika.az-ın məlumatına görə, 5-ci çağırış Milli Məclisə seçilən deputatlardan 4-ü həm də rektor vəzifəsi daşıyır. Həmin şəxslər Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Müəllimlər İnstitutunun rəhbəri Aqiyə Naxçıvanlı, Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasının rektoru Ağacan Əbiyev və Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidovdur. Yəqin ki, 5-ci çağırış Milli Məclis işə başlayana qədər sözügedən deputatlar rektorluqdan imtina edəcəklər.

Xatırladaq ki, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bir müddət öncə bildirmişdi ki, YAP-ın üzvü olan rektor-deputatlar qarşısında şərt qoyulub: “Ya rektorluq, ya da deputatlıq. Hazırkı deputatlarımızdan 80 faizinin – 53 nəfərinin namizədliyi yenidən irəli sürülüb. Namizədlikləri irəli sürülməyənlərdən bir hissəsi rektorlardır. Seçim qoyuldu: ya rektorluq, ya parlament. Ona görə də qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm