Nida.az
Azərbaycanda seçkilər İTV-nin efirində izləndi - FOTOLAR
Seçki günü səhər saat 7:00-dan başlayaraq İctimai
Televiziya özünün 200-dən artıq əməkdaşı ilə Azərbaycanda keçirilən
parlament seçkilərini işıqlandırmağa başladı.
Mərkəzi Seçki Komissiyasının açılış təlimatından başlayaraq
səslərin sayılmasının başa çatdığı vaxta, gecəyarı saat 01:00-dək
hər saat canlı bağlantılarla və məntəqələrdən videoxəbərlərlə
seçkinin gedişini bütün televiziya tamaşaçıları üçün ətraflı və
yüksək peşəkərliklə izahlı və şərhli olaraq çatdırdı.
İctimai Televiziyanın seçkiləri işıqlandıran bütün personalının
əməyinin sayəsində kanalın efiri respublika miqyasında 125 seçki
dairəsinin hamısının ərazisində baş verənləri operativ olaraq
tamaşaçılara çatdırdı.
Əslində İctimai Televiziyanın fəaliyyəti yalnız seçki günü deyil,
seçkilərdən də əvvəl, namizədlərin seçki kampaniyası başlayandan öz
efirində "Xalq seçir" proqramı ilə əhalini seçkilər barədə
maarifləndirmiş, proqrama dəvət etdiyi cəmiyyətin müxtəlif
təbəqələrini təmsil edən şəxslər, siyasətçilər, hüquq
müdafiəçiləri, politoloqlar, QHT rəhbərləri, jurnalistlər və
ictimai fəal şəxslərin iştirakı ilə ölkədəki seçki mühitini
aydınlaşdırmış və tamaşaçıda demokratik seçkilər haqqında aydın
təsəvvür yaratmışdı.
Hətta seçki günü İctimai Televiziya operatv işlədiyinə görə, MSK
üzvləri də yerlərdəki dairə məntəqələrdə baş verənləri bu kanalın
efirindən izləyirdilər.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü