Mədət Quliyevə yeni vəzifə verildi
Bizi izləyin

Nida.az

Mədət Quliyevə yeni vəzifə verildi

Milli Təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri təyin edilib.

Bu barədə Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-in sorğusuna verilən cavabda bildirilir.

Qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə Milli Təhlükəsizlik nazirinin 1-ci müavini Mədət Quliyev Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri təyin edilib.

Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Digər sərəncamla Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin edilib və nazir səlahiyyətləri M.Quliyevə həvalə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm