• USD 1,7000 0,00% EUR 1,9349 +0,49%
    • GBP 2,1620 +0,12% RUB 0,0253 -0,79%

Rusiya şirkəti Qarabağda – Azərbaycan etiraz etdi

Rusiya şirkəti Qarabağda – Azərbaycan etiraz etdi

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu Sankt-Peterburqun "İmperial" şapito-sirkinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda noyabrın 6-15-nə planlaşdırılan qastrolları ilə bağlı məlumatlara görə, şəhərin administrasiyasına etiraz məktubu göndərib.

Bu barədə Trend-ə Baş Konsulluqdan deyiblər.

Diplomatik missiyadan deyiblər ki, Sankt-Peterburq Administrasiyası və bu şəhərin Mədəniyyət Komitəsinin ünvanına Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində bu tədbirin keçirilməsinin qəbuledilməzliyi barədə müvafiq məktub göndərilib. Bu yolverilməz faktın müzakirə edilməsi üçün Sankt-Peterburq Administrasiyasının, Sankt-Peterburqun Mədəniyyət Komitəsinin və Rusiya XİN-in Sankt-Peterburqdakı nümayəndəliyinin rəsmi nümayəndələri ilə görüşlər planlaşdırılıb".

Məlumatda deyilir: "Sankt-Peterburqun "İmperial" şapito-sirki, 1877-ci ilin dekabrında açılmış Sankt-Peterburq Böyük Dövlət Sirkinin tərkibindəki şapito-sirki deyil, 2005-ci ildə yaradılmış kommersiya müəssisəsidir. Üstəlik, Böyük şapito-sirki "İmperial" şapito-sirkinin tarixi "şapito" brendinin qanunsuz mənimsənilməsinə dair bu günədək məhkəmə mübahisəsi aparır".

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>