Pentaqonun keçmiş rəsmisindən təhlükə anonsu: “ABŞ Azərbaycana...”
Bizi izləyin

Nida.az

Pentaqonun keçmiş rəsmisindən təhlükə anonsu: “ABŞ Azərbaycana...”

“Birləşmiş Ştatlar Rusiya təhlükəsinə qarşı Ukrayna ilə yanaşı, Azərbaycan, Gürcüstan və Moldovanı da müdafiə etməlidir”.


Publika.az Amerika KİV-nə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Evelyn Farkas deyib.


Onun sözlərinə görə, Rusiya ətrafındakı ölkələr ABŞ-ın siyasi diqqətinə ehtiyac duyur: “Onlara həmçinin iqtisadi və hərbi dəstək də verməliyik”.


Rusiyanın Suriyaya girməsini şərh edən E. Farkas bildirib ki, burada birinci səbəb Bəşər Əsədi hakimiyyətdə saxlamaqdır: “Digər tərəfdən, Rusiyanın qlobal gücünü nümayiş etdirməkdir. Prezident Obamanın Rusiyanı regional güc adlandırmağı onları məyus edib. Buna görə də Rusiya qlobal güc olduğunu nümayiş etdirmək istəyir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm