Prezident İlham Əliyevin Gürcüstana rəsmi səfəri başlayıb - FOTO
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyevin Gürcüstana rəsmi səfəri başlayıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Sonra İlham Əliyev Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib. Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.

Həmçinin Prezident Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib. Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Qəhrəmanlar Memorialının önünə əklil qoyub.

Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

***

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 5-də Gürcüstan Prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Hərbi orkestrin ifasında Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Gürcüstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti Prezident Giorgi Marqvelaşviliyə təqdim olundu.

Sonra prezidentlər xarici ölkələrin Tbilisidə akkreditə olunan səfirləri ilə görüşdülər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm