Elzanın şikayəti rədd edildi, İqbal Ağazadənin isə...
Bizi izləyin

Nida.az

Elzanın şikayəti rədd edildi, İqbal Ağazadənin isə...

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında noyabrın 1-də Milli Məclisə seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olmuş Elza Seyidcahanın iki tərəfdarının müraciətinə baxılıb.

Publika.az-ın məlumatına görə, müracətdə həmin seçki dairəsində səsvermənin nəticələrinin ləğv edilmsi xahiş edilib.

İclasda bildirilib ki, MSK-nın ekspert qrupunun araşdırmaları nəticəsində müəyyən olub ki, müraciətin heç bir əsası yoxdur və həmin dairədə səsvemənin nəticələrinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı bir hal qeydə alınmayıb.

Bu səbəbdən müraciət əsassız hesab edilərək təmin edilməyib.

Bundan əlavə, Ümid Partiyasının sədri İqbal Ağazadə noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edərək 35 saylı Xətai üçüncü seçki dairəsinin 17, 18 və 26 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciət edib.

Müraciət MSK-nın bu gün keçirilən iclasında müzakirə edilib və baxılması üçün aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm