Keçmiş deputat seçkilərdə uduzan qohumu barədə: “Şou...”
Bizi izləyin

Nida.az

Keçmiş deputat seçkilərdə uduzan qohumu barədə: “Şou...”

Milli Məclisinin dördüncü çağırış deputatı Fərhad Qəribov namizədi olduğu 57 saylı Kürdəmir seçki dairəsindən Müslüm Məmmədovun deputat seçilməsinə münasibət bildirib.

F.Qəribov Publika.az-a açıqlamasında deyib ki, seçkilər tam şəffaf və ədalətli keçirilib: “Seçkilərdə mən də iştirak etdim və səsimi verdim. Seçkilər çox şəffaf və demokratik keçirildi. Seçkidə qələbə qazanan bütün şəxsləri, o cümlədən mənim deputatı olduğum 57 saylı Kürdəmir seçki dairəsindən seçilmiş yeni millət vəkilini də təbrik edirəm, onlara uğurlar arzu edirəm”.

1 noyabr Milli Məclisə seçkilərə 57 saylı Kürdəmir Seçki Dairəsindən YAP-ın namizədi olmuş Nizami Qəribovun seçkilərdə uduzması məsələsinə də toxunan F.Qəribov deyib ki, Kürdəmirin yeni seçilmiş deputatı Müslüm Məmmədov gəncdir: “Əgər xalq istəməsəydi, o seçilməzdi. Əgər Nizami Qəribov seçkilərin nəticəsindən razı deyilsə, bu, onun öz fikridir. O, özü üçün şou yarada bilər, ancaq mənim yerimə heç kəs fikir söyləyə bilməz. Mən isə Kürdəmirdən yeni seçilmiş gənc deputatı dəstəkləyirəm və qəbul edirəm. O, cavan və enerjili kadrdır. Yəqin ki, o, fəaliyyəti dövründə xalqın qayğısına qalacaq və parlamentdə öz yerini tapacaq”.

F.Qəribov bundan sonra təqaüdçü həyatını yaşayacağını söyləyib.

Qeyd edək ki, Fərhad Qəribov ilə Nizami Qəribov qohumdurlar.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm