AMİP-in sədri ilin sonuna kimi seçiləcək: neçə iddialı var?
Bizi izləyin

Nida.az

AMİP-in sədri ilin sonuna kimi seçiləcək: neçə iddialı var?

“Partiya sədrliyinə iddiaların olması gözləniləndir”.


Bu barədə Publika.az-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin istefasından sonra partiya sədri vəzifəsini icra edən Arzuxan Əlizadə deyib.


Onun sözlərinə görə, indiyə kimi heç kəs sədrliyə iddiasını ortaya qoymayıb: “Bizdə belə qayda var ki, qurultay təyin olunandan sonra AMİP üzvləri namizədliklə bağlı məlumat verib təbliğata başlamalıdır. Ona görə də bu gün iddialılar bəlli deyil. Hesab edirəm ki, partiyada kifayət qədər iddialı və sədrliyə layiq namizədlər var”.


A. Əlizadə özünün sədr postuna namizəd olub-olmayacağını hələlik müəyyənləşdirmədiyini bildirib: “Qurultayın keçirilməsi ilə bağlı qərar veriləndən bu məsələyə münasibət bildirəcəyəm”.


O, yeni sədrin kim olmasından asılı olmayaraq, partiya lideri Etibar Məmmədovun da tövsiyələrinin nəzərə alınacağını bildirib.


“Etibar bəy partiya lideridir, lazım olduqca onunla müəyyən məsələlərlə bağlı məsləhətləşmələr aparılır. Sədr seçkisi də kifayət qədər ciddi məsələdir. Etibar bəyin də tövsiyəsinə ehtiyac olacaq. Amma Etibar Məmmədov bugünkü və bundan əvvəlki idarəçilik işlərinə qarışmayıb. Bu məsələlərdə partiya rəhbərliyinə tam sərbəstlik verilib. Sədr seçkisi ilə bağlı məsələ gündəmdə olmadığından bu barədə onunla heç bir müzakirə aparılmayıb”, - deyə o qeyd edib.


A. Əlizadə ilin sonuna kimi AMİP sədrliyinə seçki olacağını vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm