• USD 1,7000 0,00% EUR 1,9570 +0,46%
    • GBP 2,2216 +0,36% RUB 0,0259 0,00%

Azərbaycan Cənubi Qafqazın siyasi xəritəsini dəyişə bilər

  • Nida.az
  • 5 Noyabr 2015 18:16
  • 1 672 Baxış
Azərbaycan Cənubi Qafqazın siyasi xəritəsini dəyişə bilər

Hər şey Gürcüstanın energetika naziri Kaxe Kaldzenin sentyabrın 26-da “Qazprom”un sədri Aleksey Millerlə Brüsseldə gizli görüşündən sonra başladı. Müxalifətə məxsus “Rustavi -2” kanalı Azərbaycan qazını Rusiya qazına dəyişmək addımını efirdə ciddi müzakirə etdi, daha sonra insanlar “Qazproma yox” şüarı ilə aksiyası keçirdi. Tiflis kabinetində ciddi qarşıdurmalar yaşandı, baş nazirlə prezident üz-üzə gəldi.

Publika.az xəbər verir ki, “Kommersant” nəşri gürcü hökumətində çaxnaşamların səbəblərini araşdırıb.

Gürcüstanda siyasi kart üç il öncəki seçkilərdə dəyişdi. Lakin bu gün Tiflisdə taksi sürücüləri belə hökumətdən narazıdırlar, onlar verilən vədlərin yerinə yetirilmədiyini düşünür. Gürcülər yenidən siyasiləşib, küçələrdə, bazarlarda siyasi söhbətlər güclənir, hətta ölkənin xarici siyasəti belə müzakirə mövzusuna çevrilib, paytaxtın müxtəlif yerlərində mitinqlər və yığıncaqlar keçirilir. “Gürcü arzusu” koalisiyasının faktiki lideri hesab olunan Bidzina İvanişvilinin prezident, baş nazir və deputatlar üzərində hakim olmaq iddialarıın olduğu haqda söhbətlər var. Hazırda küçələrdə və müxalifətin telekanalında “İvanişvili baş nazirin qohumlarının işdən uzaqlaşdırılmasını niyə əmr etdi”, “nə üçün beynəlxalq səfərlərlə bağlı baş nazirlə prezident arasında rəqabət yaradır”, “hansı səbəbə görə, yeni parlamentin tərkibində başqa deputatları görmək istədiyini dilə gətirdi” kimi məsələlər qızğın müzakirə edilir. Ehtimallara görə, “Gürcü arzusu” müxalifətin aktiv iş apardığı Amerika və Avropanın siyasi meydançalarında öz siyasətini izah etməyə söz tapmaqda çətinlik çəkir. Hazırda “Gürcü arzusu” koalisiyasının nüfuzu aşağı düşüb. ABŞ-ın Milli Demokrat İnstitutunun (NDİ) avqust-sentyabr ayında Gürcüstanda apardığı sorğunun nəticələrinə görə, keçmiş prezident Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat Partiyasının nüfuzu iqtidarı geridə qoyub. NDİ həmçinin qeyd edir ki, gürcü əhalisinin 77 faizi Avropa Birliyi və NATO-ya inteqrasiyanın tərəfdarıdır. Müxalifət əmindir ki, hakimiyyət Rusiyayönümlü əhval-ruhiyyənin artmasına təkan verir. Hazırda əhalinin 30 faizi Avrasiya İqtisadi İttifaqına qoşulması dəstəkləyir. Bu rəqəm Gürcüstan üçün böyük hesab olunur.

Siyasi ekspert Yelena Hoştariya hesab edir ki, hər şey Kaxe Kaladzenin Brüsseldə Aleksey Millerlə görüşündən sonra başladı: “Oktyabrın 9-da biz bu barədə “Qazprom”un bəyanatlarından xəbər tutduq. Görünür, hakimiyyət bunu gizli saxlamaq istəyirmiş. Bu ən çətin dönəmlərdə Gürcüstana kömək etmiş və hazırda ən sərfəli olan Azərbaycan qazının dəyişdirilməsi kimi qəbul oluna bilər. Həmçinin gürcü bazarına Rusiya qazının girişi deməkdir. Bu amil ciddi narazılığa səbəb oldu. 2006-cı ildə biz NATO ilə aktiv danışıqlara başladıq, həmin vaxt Şimali Osetiyada qaz kəmərində güclü partlayış oldu və Gürcüstan qışda qazsız qaldı. Rusiyadan asılılığımızı aradan qaldırmaq üçün Azərbaycan bizə kömək etdi və güzəştli qiymətlərlə qaz satdı. İndi gizli danışıqlara səbəb nədir? Biz yeni asılılıq istəmirik”.

“Qazprom” ilə gizli danışıq qızğın mübahisələrə yol açdı və müxalifət hökumət binası önündə mitinq keçirdi. Gürcüstanın Baş naziri Bakıya gəldi və “Qazprom”la hansısa yeni müqavilənin bağlanmadığını bəyan etdi.

Gürcüstan Milli Bankının keçmiş rəhbəri Roman Qosiridze deyir ki, ölkədən keçən tranzit xətlərinin çox olması ölkəyə xeyirlidir: “Lakin bunun üçün gizli danışıqlar aparılması lazım deyil və bu, haqlı şübhələrə yol açır. Əslində indi Rusiyada bizə əlavə qazın çatdırılmasına heç bir ehtiyac yoxdur. Bakı-Tbilisi-Ərzurum qaz kəməri bizim ərazimizdən 7 milyard kubmetr qaz aparır, onun 2 milyardı Gürcüstanda qalır. Qaz kəmərinin ikinci hissəsinin tikintisi sürətlə aparılır və 2018-ci ildə 6 milyard kubmetr əlavə qaz keçəcək. Həmçinin 2019-cu ildə Azərbaycanın TANAP layihəsi ilə daha 10 milyard kubmetr qaz Gürcüstan ərazisindən keçərək Avropaya çıxarılacaq. Yəni 2019-cu ildə Gürcüstan ərazisindən bütövlükdə 23 milyard kubmetr qaz keçəcək. Tranzit haqqı olaraq biz 5 faiz alacağıq. Bu bizim qaza olan ehtiyacımızın yarısını ödəyir, digər tərəfdən, 55 dollara güzəştli qaz ala biləcəyik. Rusiya qazı bizim nəyimizə lazımdır?”

Rəsmi Tiflis və ona yaxın ekspertlərsə bu iddiaları rədd edir, öz növbəsində onlar Rusiyadan Ermənistana ötürülən qazın tranzitinin çoxaldılması fikrini arqumentlərlə sübut etməyə cəhd edirlər. Lakin şübhəsizdir ki, müxalifət “Gürcü arzusu” koalisiyasının bu addımını milli xəyanət olaraq qiymətləndirir və buna görə də ölkədə daha geniş miqyaslı etiraz aksiyaları gözlənilir. Xüsusilə, Tiflis hökumətində ən yüksək səviyyədə fikir ayrılığının olması müxalifətin əlini gücləndirir.

“Qaz müəmmasına” aydınlıq gətirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərinin nəticələri gözlənilir. Ekspertlər vurğulayırlar ki, “qaz müəmması” prosesində Qərb “Gürcü arzusu”nun yanında deyil və ən kritik məqamda müxalifətə ciddi dəstək göstərilər bilər. Çünki mürəkkəb geosiyasi oyunda Azərbaycan qazının önəmi Avropa üçün də böyük əhəmiyyət daşıyır.

Asif Nərimanlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>