“Bakı Qarabağda müharibə olacağı təqdirdə...” - “Stratfor”dan Qafqaz ssenarisi
Bizi izləyin

Nida.az

“Bakı Qarabağda müharibə olacağı təqdirdə...” - “Stratfor”dan Qafqaz ssenarisi

“Qafqaz Ankara və Moskvanın gizli savaş apardığı əsas bölgələrdən biridir və burada Azərbaycan əsas rola malikdir”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzi “Rusiya Türkiyəyə doğru dost uvertüraları səsləndirir” başlıqlı məqaləsində yazır.

Mərkəz qeyd edir ki, Suriyada üz-üzə gələn Ankara və Moskva Türkiyədəki seçkilərdən sonra münasibətləri düzəldə bilər: “Daha doğrusu, AKP-ni qəlbə münasibəti ilə təbrik edən Kreml münasibətlərin yenidən yoluna qoyulmasında maraqlı tərəf kimi çıxış edir. Ortada reallaşmayan və taleyi daha çox Türkiyənin “bəli” cavabından asılı olan “Türk axını” layihəsi da var. Məlumatlar var ki, Rusiya qiymətdə razılaşarsa, Türkiyədə əsas hakimiyyəti ələ alan AKP danışıqlar masasına yenidən otura bilər. Bu Rusiyaya çox lazımdır”.

Beyin mərkəzi Qafqazda hər iki regional gücün güclü rəqabət apardığına diqqət çəkir və qeyd edir ki, bölgənin iki güc arasın bölüşdürülməsi üçün razılıq əldə oluna bilər.

“Son dövrlər Rusiya Qafqazda Türkiyənin əsas müttəfiqi olan Azərbaycanla münasibətlərini istiləşdirib. Böyük ehtimallar var ki, Bakı Dağlıq Qarabağda status-kvonu dəyişdirmək üçün hərəkətə keçib və bunu, Ermənistanın təhlükəsizlik patronu olan Rusiya ilə məsləhətləşmələr aparmadan etmək istəmir. Azərbaycan Dağlıq Qarabağda müharibə olacağı təqdirdə, Moskvanı Ermənistanın yanında görmək istəmir. Bu prosesdə Türkiyə Azərbaycanın yanındadır və bu faktor Moskvanın Bakının istədiyini etməyinə səbəb ola bilər. Görünür, Rusiya-Türkiyə münasibətlərində yeni proseslərin baş verməsindən Azərbaycan istifadə etməyi bacarır, xüsusilə Qarabağı azad etmək üçün”, - deyə “Stratfor” vurğulayır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm