Nida.az
Metyu Brayza AŞPA-nın Ermənistanı işğalçı elan etməsini şərh edib
“AŞPA-nın Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə münaqişə ilə bağlı Avropa strukturları tərəfindən dəqiq və tarazlaşdırılmış bəyanat oldu”.
Publika.az xəbər verir ki, bu barədə Dövlət katibinin Cənubi Qafqaz
üzrə keçmiş köməkçisi, Birləşmiş Ştatların Azərbaycanda keçmiş
səfiri Metyu Brayza “Vestikavkaz”a açıqlamasında deyib.
Onun sözlərinə görə, siyasi məsələlər üzrə komitə bu bəyanatın
qəbulu ilə ATƏT-in Minsk qrupunu səylərini dəstəklədiyini ifadə
etdi: “Həmçinin, yeddi il əvvəl Minsk qrupu tərəfindən təqdim
olunmuş baza prinsipləri həllində münaqişənin həll olunmasının
tərəfdarıdır. Beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın işğal
olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayonun azad olunması haqda
çağırışlar artıq neçə illərdir səsləndirilir. Bununla yanaşı, AŞPA
qətnaməsi Dağlıq Qarabağın aralıq hüquqi statusunun qurulmasına
çağırır. Bu çağırışlarla yanaşı, hər iki tərəfin təmas xəttində
silahlı toqquşmaları təcili dayandırmasının vacibliyi bildirilir.
Hansı ki, bu Helsinki bəyannaməsinin üç əsas elementidir: Ərazi
bütövlüyünün toxunulmazlığı, öz müqəddəratını təyin etmə və güc
tətbiq etməmək”.
Keçmiş diplomat AŞPA-nın Ermənistanın Rusiya tərəfindən
silahlandırılmasını qınadığını da diqqətə çatdırıb: “Sənəddə AŞPA
ondan şikayətlənir ki, Ermənistan bu məsələdə siyasi məsələlər üzrə
komitə ilə əməkdaşlıq etməkdən imtina edir. Bu müsbət bəyanatdır.
Lakin onun praktiki tətbiqi mümkün deyil. Çünki AŞPA-nın belə
sənədləri həyata keçirməsi üçün mexanizmi yoxdur”.
Asif Nərimanlı
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO