Amerikalı həmsədrdən ermənipərəst mövqe
Bizi izləyin

Nida.az

Amerikalı həmsədrdən ermənipərəst mövqe

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağla bağlı qətnaməsinə münasibət bildirib.


Publika.az xəbər verir ki, C. Uorlik “Twitter” hesabında yazıb: “AŞPA və digər beynəlxalq strukturlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələr, yaxud məruzələr qəbul edərkən Minsk qrupu ilə məsləhətləşməlidirlər”.


Amerikalı həmsədr Ermənistan KİV-inə açıqlamasında isə bildirib ki, əgər AŞPA-nın qətnaməsini öncədən oxusaydılar, bunu alqışlayardılar: “Biz münaqişənin nizama salınmasını istəyən bütün təşkilatlarla işləməyə hazırıq. Onu da qeyd edim ki, bizim səylərimiz ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiq etməmək prinsiplərinə uyğun davam edir”.

C. Uorlik AŞPA-nı yumşaq formada tənqid edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu xatırladıb.


Qeyd edək ki, noyabrın 4-də britaniyalı məruzəçi Robert Valterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hesabat məruzəsi əsasında AŞPA siyasi komitəsinin büro iclasında qətnamə layihəsi qəbul olunub. Qətnamədə Ermənistan işğalçı dövlət olaraq tanınır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm