Nida.az
XİN: “Ceyms Uorlikin digər təşkilatlara tövsiyə verməyə haqqı yoxdur”
“ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən
münaqişənin həlli istiqamətində hər-hansı cüzi irəliləyişə belə
nail olmadığı halda, Ceyms Uorlikin münaqişənin həlli ilə əlaqədar
digər təşkilatlara məsləhətlər və ya tövsiyə verməyə əsası və haqqı
yoxdur”.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Xarici
İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri C. Uorlikin “twitter”
profili vasitəsilə Avropa Şurası Parlament Assambleyasının Siyasi
işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsi
üzrə məruzəçisi Robert Uolterin hesabatına dair şərhinə münasibət
bildirərkən deyib.
H. Hacıyev qeyd edib ki, indiyə qədər ATƏT-in Minsk qrupunun
həmsədrləri tərəfindən həyata keçirilən fəaliyyətin mahiyyəti
sıfıra bərabərdir: “Bunun müqabilində münaqişənin həllinə töhfə
verməyə çalışan digər beynəlxalq qurumların mənasız fəaliyyətlə
məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə
məsləhətləşməsinə heç bir lüzum görülmür. Əksinə, Minsk qrupunun
həmsədrləri, xüsusilə də Ceyms Uorlikin beynəlxalq ictimaiyyətin
iradəsinin ifadəsi olan BMT Təhlükəsizlik Şurası və Baş
Assambleyasının müvafiq qətnamələri, Avropa Şurası Parlament
Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və
digər beynəlxalq təşkilatların münaqişənin həllinə dair
sənədlərinin məram və prinsiplərini rəhbər tutmasına və bu
qurumlarla məsləhətləşməsinə ehtiyac var”.
XİN rəsmisi bildirib ki, ATƏT-in Minsk qrupunun bu cür yarıtmaz
fəaliyyəti hər bir vəchlə işğalçılıq siyasətini davam etdirmək və
mövcud status kvonu saxlamaq siyasəti güdən Ermənistanın
maraqlarına xidmət edir: “Ceyms Uorlikin də Ermənistanın işğalçılıq
siyasətinin davam etdirilməsinə xidmət edən bu planın tərkib
elementi olması istisna deyil”.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom