Kreml Qarabağın həll yolunu təklif edir: “İşğal olunmuş 6 rayon qaytarılır...”
Bizi izləyin

Nida.az

Kreml Qarabağın həll yolunu təklif edir: “İşğal olunmuş 6 rayon qaytarılır...”

“Rusiya Qarabağ münaqişəsinin həlli üçün böyük səylər göstərir. 8 ay öncə tərəflər münaqişənin həllinə çox yaxınlaşmışdılar. Lakin bu, baş tutmadı”.

Publika.az xəbər verir ki, Rusiya İctimai Palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, Kremlə yaxınlığı ilə seçilən politoloq Sergey Markov deyib.

Kremlə yaxın siyasətçi münaqişənin həlli variantını da təqdim edib.

“Hesab edirəm ki, tarixi güzəşt üçün imkan var. Ermənistan Azərbaycan və Türkiyənin blokadasından çıxmağı çox istəyir. Çünki bu onun iqtisadi inkişafının qarşısını alır. Fikrimcə, Ermənistan blokadadan çıxmağının qarşılığında işğal olunmuş 7 rayonun altısını Azərbaycana qaytarsın. Laçın dəhlizi saxlanılsın. İşğal olunmuş 6 rayonun indiyə qədər dağılmış vəziyyətdə qalmasına beynəlxalq ictimaiyyətin heç bir təsir göstərməməsi sadəcə biabırçılıqdır. Rusiya diplomatiyası hər iki xalqın xeyrinə olan sülhə nail olunması üçün çalışır. Hesab edirəm ki, mübadilə olmalıdır: Blokadanın qaldırılır və Ermənistan 6 rayonu geri qaytarır. Lakin Ermənistan daha böyük şeylər istəyir ki, bu da müharibəyə səbəb ola biləcək addımlardır”, - deyə politoloq qeyd edib.

S. Markov rəsmi Bakının mövqeyini bəyəndiyini deyib: “Heç kim Azərbaycanın ərazi bütövlüyünü inkar etmir. Azərbaycan da böyük təmkin göstərir. Artıq əsrin dördə biri qədər müddətdə Azərbaycan işğal olunmuş ərazilərini qaytarmaq üçün real hərbi əməliyyatlara başlamayıb. Beynəlxalq ictimaiyyət Azərbaycanın bu təmkinliyini yetərincə qiymətləndirmir. Hesab edirəm ki, bu təmkinlik, göstərilən səbir öz bəhrəsini verəcək”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm