MSK Ümid Partiyasının sədrinin şikayətinə baxdı
Bizi izləyin

Nida.az

MSK Ümid Partiyasının sədrinin şikayətinə baxdı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Publika.az-ın məlumatına görə, iclasda Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.

İclasda çıxış edən MSK üzvü Ramiz İbrahimov deyib ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Ağazadə MSK-ya müraciət edərək, 17, 18, 26 saylı seçki məntəqələrində seçkilərin nəticəsinin ləğv edilməsini xahiş edib: “O, müraciətində göstərib ki, həmin seçki məntəqələrində səslərin sayılmasında və səsvermə prosesində qanunsuzluq olub. Onun MSK-ya təqdim etdiyi videomateriallar da araşdırılıb və orda hansı seçki məntəqəsində pozuntunun olması aydın görünməyib. Ona görə də hesab edirik ki, 17, 18, 26 saylı seçki məntəqələrində seçkilərin nəticəsinin ləğv edilməsi ilə bağlı şikayətə xitam verilsin. Çünki DSK daxil olmuş şikayətlərin araşdırılması prosesində 5, 10, 11, 18 və 26 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrini etibarsız hesab edib”.

R.İbrahimov təklif edib ki, MSK-nın apardığı araşdırmalara əsasən, 21 saylı seçki məntəqəsi üzrə də səsvermənin nəticələri də ləğv edilsin.

Daha sonra təklif səsə qoyularaq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm