AMİP İran səfirliyi qarşısında aksiya keçirəcək
Bizi izləyin

Nida.az

AMİP İran səfirliyi qarşısında aksiya keçirəcək

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İranın dövlət kanalında azərbaycanlıların təhqir edilməsinə etiraz olaraq İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır.

Bu barədə Publika.az-a AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib. “Əgər partiya bu barədə müvafiq qərar qəbul edərsə, o zaman aksiya da təşkil etmək mümkün olacaq”, - Orucov əlavə edib.

Ə.Orucov deyib ki, AMİP Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza bütün dəstəyi göstərəcək: “Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı təzyiqləri, hüquqlarının kobud şəkildə pozulmasını, milli ayrı-seçkiliyi beynəlxalq ictimaiyyətin diqqətin çatdırmaq lazımdır ki, bu məsələdə dünyanın daim diqqətində olsun və soydaşlarımızın haqları qorunsun. AMİP bu istiqamətdə işlər görəcək”.

Xatırladaq ki, bu il noyabrın 6-da İranın dövlət kanalı olan “Kanal 2”-nin “2 Fitilə” adlı proqramında azərbaycanlılar təhqir edilib. Belə ki, proqramın “Hotel Fitilə” adlanan hissəsində hoteli pis qoxuya görə tərk etmək istəyən azərbaycanlı (türk) ata və oğulun saxta dastanı təsvir edilir. Təhqiramiz dastanda diş fırçası əvəzinə tualet fırçasından istifadə edən azərbaycanlı oğlan atası ilə birlikdə hoteldə pis iyin olmasına etiraz edir və sonda anlayırlar ki, bu qoxu oğlanın ağzından gəlir... Bu təhqiramiz verilişə görə 9 noyabr 2015-ci ildə Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Qəzvin və azərbaycanlıların yaşadığı digər yerlərdə etiraz aksiyası başlayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm