Mahmudəli Çöhrəqanlı: “Vay işğalçı güclərin halına ki...” - ÖZƏL
Bizi izləyin

Nida.az

Mahmudəli Çöhrəqanlı: “Vay işğalçı güclərin halına ki...” - ÖZƏL

“Qorxmaz və cəsarət dolu Güney Azərbaycan türkləri yalnız haqlarının tapdalanmamasını istəyirlər, zalım və işğalçı rejim isə soydaşlarımıza qarşı ağır repressiya siyasəti aparır”.


Bunu Publika.az-a eksklüziv açıqlamasında Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Dr. Mahmudəli Çöhrəqanlı Güney Azərbaycandakı etiraz aksiyalarına münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, bu selin qarşısında heç kim dayana bilməz: “2006-cı il mayında Azərbaycan türkü ayağa qalxıb öz varlığına dayaq olduğunu isbat etdiyi kimi, yenə on minlərlə igid oğul və qızlarımız küçələrə çıxaraq etirazını bildirməsi millətimizin gün keçdikcə daha da yüksək milli və siyasi şüura sahib olmasının sübutudur. Güney Azərbaycan türkləri və digər türk etniklər İranda azlıq deyil, birlikdə bəlkə də çoxluqdur. Bu baxımdan, qorxacaq biriləri varsa, bu da antidemokratik və azlıqda olan şovinist fars rejimidir. Güney Azərbaycan türkü bu gün oğullarının və qızlarının fədakarlıqları sayəsində dünya gündəminə gəlməkdədir”.


M. Çöhrəqanlı qeyd edib ki, azadlıq və istiqlaliyyət dünyada ən qiymətli varlıqdır: “Dünyada insan kimi yaşamaq və başqa millətlərin hörmətini qazanmaq ucuz deyil. Güney Azərbaycan türklüyü o azadlığını əldə edəcək. Bizim millətimiz artıq ölüm yuxusundan oyanıb və gedişatın fərqindədir. Vay işğalçı güclərin halına ki, bu selin qarşısında durmağa çalışsınlar. Millətimiz nə istəsə, o da olacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm