Döyüş helikopterlərimiz havaya qalxdı - FOTOLAR/VİDEO
Bizi izləyin

Nida.az

Döyüş helikopterlərimiz havaya qalxdı - FOTOLAR/VİDEO

Мüdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə Hərbi Hava Qüvvələri döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib.

Publika.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, döyüş atışlı təlimlərdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

Təlimlərdə hərbi pilotlar şərti düşmənin müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən digər hədəflərin aşkarlanması və müəyyən edilməsi üzrə normativ tapşırıqları yerinə yetiriblər.

Eyni zamanda aviasiya texnikasını ehtiyat və əməliyyat aerodromlarına yerdəyişməsi üzrə yerüstü xidmətlərin hazırlıq fəaliyyəti də yoxlanılıb.

Sonra idarə olunan aviasiya raketlərinin tətbiqi ilə müxtəlif hədəflərin məhv edilməsi icra olunub.

Müdafiə naziri tərəfindən verilən tapşırıqlar helikopter ekipajları tərəfindən uğurla icra olunub və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm