Nigar Göksal: “Qərb və Rusiya Qarabağa görə qarşıdurmaya gedə bilər”
Bizi izləyin

Nida.az

Nigar Göksal: “Qərb və Rusiya Qarabağa görə qarşıdurmaya gedə bilər”

“Dağlıq Qarabağ münaqişəsi üzrə Qərb və Rusiya arasında qarşıdurma yarana bilər”.


Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Böhran Qrupunun Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə analitiki Nigar Göksal deyib.


Onun sözlərinə görə, hazırda Suriyada üz-üzə gələn Rusiya və Türkiyənin maraqları Cənubi Qafqazda da toqquşur: “Rusiya anlayır ki, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması Azərbaycanla olan münasibətlərinin pozulmasına səbəb olacaq. Bu faktor Moskvanın Azərbaycana təsir etmək imkanlarının genişləndirə bilər. Bunu Ankara da anlayır. Həmçinin, Ankara Dağlıq Qarabağ münaqişənin həllində Moskvanın həlledici faktor olduğunu da bilir. Bundan başqa artıq, təsdiq olunmuş faktdır ki, İrəvan Ankara, yaxud Bakı ilə münasibətlərini müstəqil şəkildə yox, Moskvanın diktəsi ilə qurur”.


N. Göksal qeyd edib ki, Türkiyə 2010-cu ildən Ermənistanla əlaqələri kəsib və həmin dövrdən etibarən Azərbaycanla daha ciddi yaxınlaşma var: “Ankara anlayır ki, Ermənistana münasibətdə hər-hansı irəliləyiş Azərbaycanla münasibətlərin sıradan çıxması, beləliklə Qafqazda balansın pozulmasına səbəb olacaq. Buna görə də İrəvana doğru heç bir addım atmaq niyyətində deyil. Ümumiyyətlə bölgədə balansın dəyişməsi heç kimə sərf etmir. Həmçinin, istənilən dəyişiklik Rusiya və Qərb arasında Qarabağa görə ciddi qarşıdurmaya səbəb ola bilər”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm