YAP rəsmisi: “Elza Seyidcahanla bağlı məsələ...”
Bizi izləyin

Nida.az

YAP rəsmisi: “Elza Seyidcahanla bağlı məsələ...”

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov 1 noyabr parlament seçkilərində 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd olan müğənni-bəstəkar Elza Seyidcahanın seçkilərlə bağlı qalmaqallı açıqlamalar verməsinə münasibət bildirib.

YAP-çı deputat S.Novruzov Publika.az-a açıqlamasında deyib ki, Azərbaycanda keçirilmiş 1 noyabr seçkilərinin yekunları ilə bağlı Konstitusiya Məhkəməsinin yekun qərarından sonra Yeni Azərbaycan Partiyasının (YAP) toplantısı keçiriləcək: “Toplantıda seçkilərin yekun nəticələri, Elza Seyidcahan və digər məsələlər də müzakirə olunacaq. Daha sonra isə müvafiq qərarlar qəbul olunacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm