• USD 1,7000 0,00% EUR 2,0567 -0,75%
    • GBP 2,3990 -0,51% RUB 0,0236 -0,42%

Azərbaycanlılardan İrana cavab: səfirə tualet fırçası - VİDEO

  • Nida.az
  • 13 Noyabr 2015 10:24
  • 1 717 Baxış
Azərbaycanlılardan İrana cavab: səfirə tualet fırçası -  VİDEO

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu İranın Ukraynadakı fövqəladə və səlahiyyətli səfirinə İranın İRİB TV-2 kanalında yayımlanan “Fitilə” adlı televiziya komediyasında azərbaycanlıların təhqir olunmasına etiraz olaraq xüsusi qutuda tualet fırçası və diş pastasını "hədiyyə" göndərib.

Publika.az-ın məlumatına görə, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) bəyanat yayıb.

Diaspor fəalları “ərməğan”ı səfirliyə bu gün səhər saatlarında “kuryer” vasitəsilə göndəriblər. Bu aksiya ilə bağlı videoçarx da hazırlanaraq ictimaiyyətə təqdim edilib. UABD fəalları hamını bu cür sosial-ictimai aksiyalarda iştirak etməyə dəvət ediblər. Dünyanın müxtəlif ölkələrində olan İran səfirliklərinə bu cür “hədiyyələr”in göndərilməsinə çağırış olan həmin videoçarxı diqqətinizə çatdırırıq.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR