Erməni deputat: “Bəzi ərazilər Azərbaycana qaytarıla bilər”
Bizi izləyin

Nida.az

Erməni deputat: “Bəzi ərazilər Azərbaycana qaytarıla bilər”

“Ermənistan Dağlıq Qarabağın statusunun müəyyən olunmasının qarşılığında bir sıra əraziləri Azərbaycana qaytara bilər”.

Publika.az xəbər verir ki, bu barədə Respublika Partiyasından olan deputat Levon Martirosyan deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi də orada yaşayan insanların təhlükəsizliyinin təmin olunması və haqlarının qorunmasına zəmanət verməlidir.

“Biz inkar etmirik ki, bəzi ərazilərin Azərbaycana qaytarılması ilə bağlı müəyyən qərarlar ola bilər. Belə olan halda Qarabağda yaşayan insanların təhlükəsizliyi təmin olunmalı və statusu müəyyənləşdirilməlidir. Burada narahatlığa səbəb olacaq heç nə olmadığını düşünürəm”, - deyə erməni deputat qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm