XİN-dən Fransadakı Azərbaycan vətəndaşlarına tövsiyə
Bizi izləyin

Nida.az

XİN-dən Fransadakı Azərbaycan vətəndaşlarına tövsiyə

Xarici İşlər Nazirliyi (XİN) Fransada olan Azərbaycan vətəndaşlarına müraciət edib.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Publika.az-a bildirib ki, Fransa baş verən silsilə terror aktları ilə əlaqədar olaraq, Azərbaycan vətəndaşlarına fövqəladə vəziyyət rejiminin bütün tələblərinə ciddi riayət etmələri israrla tövsiyə olunur.

O bildirib ki, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini Fransa XİN və digər müvafiq dövlət qurumları ilə təmasda olaraq araşdırır.

Hazırda Fransada olan Azərbaycan vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm