Elçin Behbudov bu gün dəfn ediləcək (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Elçin Behbudov bu gün dəfn ediləcək (YENİLƏNİB)

Hüquq müdafiəçisi Elçin Behbudov vəfat edib.

Publika.az-ın məlumatına görə, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri gecə saatlarında dünyasını dəyişib.

Onun hələ bir neçə gün öncə səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirildiyi bildirilir. Qeyd edək ki, Elçin Behbudov şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi.

Mərhumun ailəsi "Report"a bildirib ki, hüquq müdafiəçisinin cənazəsi hazırda evindədir. Mərhum bu gün Yasamal qəbirstanlığında dəfn olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm