Novruz Məmmədov:"Terrorizm bu gün dünyanın bütün ölkələri üçün ən böyük təhlükələrdən biridir"
Bizi izləyin

Nida.az

Novruz Məmmədov:"Terrorizm bu gün dünyanın bütün ölkələri üçün ən böyük təhlükələrdən biridir"

"Amansız terror aktları nəticəsində Parisdə çoxsaylı insan həlak olub və yaralanıb. Bununla bağlı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb.

O, qeyd edib: "Terrorizm bu gün dünyanın bütün ölkələri üçün ən böyük təhlükələrdən biridir. Bu təhlükəni aradan qaldırmaq üçün bütün dövlətlər səylərini birləşdirməlidir. Heç olmasa, hər bir dövlət terrorizmlə mübarizədə digər maraqlarını kənara qoymalıdır. Heç olmasa, bu məsələdə bütün dövlətlər ədalətli olmalıdır".

Qeyd edək ki, Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm